RU

Gənclər arasında yayılan o problem hamını qorxudur AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gənclər arasında “heç nəyə maraq yoxdur” düşüncəsi geniş yayılmağa başlayıb. Mütəxəssislər hesab edir ki, bunun əsas səbəblərindən biri sosial şəbəkələrə və virtual aləmə həddindən artıq bağlılıqdır. Gənclərin böyük hissəsi günün əhəmiyyətli hissəsini telefon, internet oyunları və sosial media platformalarında keçirdiyi üçün real həyatda fəaliyyətlərə, hobbilərə və sosial münasibətlərə maraq getdikcə azalır. Nəticədə isə motivasiya itkisi, həvəssizlik və daxili boşluq hissi ortaya çıxır.Məsələ ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, gənclər arasında heç nəyə marağın olmaması son dövrlərdə daha çox müşahidə edilən problemlərdən biridir:"Bunun əsas səbəblərindən biri sosial şəbəkələr və internet oyunları ilə bağlıdır. Bu platformaların təsiri nəticəsində uşaqlar və yeniyetmələr virtual aləmlə həddindən artıq əlaqədə olurlar. Uzun müddət virtual mühitdə vaxt keçirdikləri üçün isə bir müddətdən sonra real həyatla virtual aləm arasındakı fərqi hiss etməkdə çətinlik çəkirlər. Bu da onlarda canlı həyata qarşı maraqsızlıq və daxili boşluq hissi yaradır.Texnologiya ilə həddindən artıq təmas onların təxəyyül gücünə də mənfi təsir göstərir. Təxəyyül zəiflədikcə gənclər yalnız hazır və sürətli təqdim olunan məzmunlardan zövq almağa başlayırlar. Bundan kənarda olan fəaliyyətlər isə onlar üçün maraqsız görünür. Nəticədə həvəssizlik, motivasiya itkisi və heç nəyə maraq göstərməmək kimi hallar xüsusilə gənc yaşlarda daha çox ortaya çıxır". Psixoloq deyib ki, hazırda gənclərin, xüsusilə də oğlanların böyük əksəriyyətinin əsas hobbilərindən biri internet oyunlarıdır:"Roblox, PUBG və digər onlayn oyunlara ciddi maraq göstərilir. Digər tərəfdən isə qızlar arasında bloqinqə, sosial şəbəkələrə və virtual həyata həddindən artıq meyil müşahidə olunur. Bu səbəbdən insanlar özləri ilə tək qalmağa, özlərinə vaxt ayırmağa və real həyatda sosial fəaliyyətlər qurmağa çətinlik çəkirlər. Bunun nəticəsində isə “heç nəyə maraq yoxdur” düşüncəsi getdikcə daha geniş yayılır.Düşünürəm ki, bu vəziyyətdən çıxış yolu balans yaratmaqdır. Sosial şəbəkələrdən və virtual aləmdən bir qədər uzaqlaşaraq real həyatda hobbilərə, idmana, sosial fəaliyyətlərə və canlı ünsiyyətə daha çox vaxt ayırmaq gənclər üçün daha faydalı olar. Virtual aləmlə real həyat arasında düzgün tarazlıq qurulduqda həm maraq dairəsi genişlənər, həm də psixoloji baxımdan daha sağlam inkişaf mümkün olar",- deyə o bildirib.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
50
demokrat.az

1Источники