RU

55 yaşlı futbolçu yenidən yaşıl meydanlarda Video

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

55 yaşlı futbolçu yenidən yaşıl meydanlarda - Video

"Barselona" və "Liverpul"un sabiq hücumçusu Yari Litmanen karyerasını bərpa edib.

QOL.az xəbər verir ki, 55 yaşlı finlandiyalı futbolçu Estoniyanın 4-cü divizionunda çıxış edir və Tallinin “Kalev” klubunun üçüncü komandasında oynayır.

Məlumata görə, Litmanen mövsümə fevralda start verib və 17 mayda “Nova”ya qarşı oyunda meydana sonradan daxil olaraq ilk qolunu vurub. 

Qeyd edək ki, Litmanen Estoniyada indiyədək 4 matçda ümumilikdə 62 dəqiqə meydanda olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
2
qol.az

3Источники