Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən "AF Hotel"də güclü yanğın başlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisəyə ilkin səbəb kimi qısaqapanmanın baş verdiyi bildirilir. Hoteldə olan qonaqlar və əməkdaşlar təxliyə ediliblər. Hadisə yerinə FHN-nin yanğınsöndürmə maşınları və təcili tibbi yardımın briqadaları cəlb edilib.
Manşet.az

