RU

Ombretta Tempra: Tikintidə ekoloji standartlar genişləndirilməlidir

Ombretta

Raxshanda

Müəllif

Raxshanda

Mənzil tikintisi və modernləşdirilməsində ekoloji standartlar genişləndirilməlidir.Ulusum.az xəbər verir ki, bunu BMT-Habitat təşkilatının Torpaq, Mənzil və Sığınacaq üzrə rəhbəri Ombretta Tempra Bakıda keçirilən WUF13 çərçivəsində sessiyalararası görüşdə bildirib.Onun sözlərinə görə, mənzil tikintisi və modernləşdirilməsi üçün xüsusi olaraq bir sıra tövsiyələr hazırlanıb:"Məqsəd həm təklifi, həm də tələbi nəzərə alan əlverişli mənzillərə dair hərtərəfli ekoloji standartlar və iqlimə həssas yanaşmalar hazırlamaqdır."Tempra qeyd edib ki, buna kontekstual tikinti kodekslərinin təşviqi, eləcə də mənzil tikintisi və təmir proseslərində dayanıqlılıq standartlarının tətbiqi, qeyri-rəsmi məskunlaşmalar da daxil olmaqla, mövcud mənzil fondunun genişmiqyaslı, ədalətli və inklüziv təmirini sürətləndirmək və mənzil və tikinti sistemlərində dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqi ilə nail olmaq planlaşdırılır.

Diqqət Çəkənlər

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - VİDEO

Tbilisiyə qatar biletinin qiyməti açıqlanacaq

Şuşa və Trabzon şəhərləri qardaşlaşdı

Избранный
46
ulusum.az

1Источники