RU

WUF13: Meksika pavilyonunda uşaqlar üçün xüsusi əyləncə zonası yaradılıb FOTOLAR

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 19 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan Meksika pavilyonunda uşaqlar üçün xüsusi uşaq meydançası və interaktiv fəaliyyət zonası yaradılıb.

AZƏRTAC xəbər verir ki, pavilyonda uşaqların asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq və sosial bacarıqlarının inkişafı məqsədilə müxtəlif əyləncə və maarifləndirici proqramlar həyata keçirilir.

Pavilyonda “Yaşıl və Dayanıqlı Şəhər”, “Sağlam və Aktiv Şəhər”, “İnklüziv və Müxtəlif Şəhər”, “Uşaqlar Şəhəri” kimi konseptlər təqdim olunur. Burada uşaqlar üçün oyun və yaradıcılıq məkanları, interaktiv fəaliyyətlər, həmçinin icma və sosial rifah mövzularına həsr olunan xüsusi zonalar yaradılıb.

Təqdim edilən konsepsiyada uşaqların təhlükəsiz, inklüziv və sağlam şəhər mühitində böyüməsinin vacibliyi vurğulanır. Pavilyon ziyarətçilərə müasir şəhərlərin insan yönümlü inkişaf modelini nümayiş etdirir.

Uşaq meydançası və fəaliyyət zonası WUF13 günləri ərzində ziyarətçilər üçün açıq olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
azertag.az

2Источники