RU

Meksika təmsilçiləri hər kəsi heyran etdi – unikal kadrlar

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində olduqca möhtəşəm atmosfer hökm sürür.

Musavat.com-un əməkdaşı mayın 18-də açılışı olan Meksika pavilyonundakı ürəkaçan görüntüləri müşahidə etmək imkanı qazanıb.

Öncə qeyd edək ki, Meksika pavilyonundakı açılış mərasimində Meksikanın hökumət nümayəndələri ilə yanaşı, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax da iştirak edib. Mərasim zamanı WUF13 çərçivəsində keçirilən müzakirələrin əhəmiyyətindən bəhs olunub, yaşayış məskənlərinin insan və təbiət üçün yararlı olmasına xidmət edəcək addımlardan danışılıb, pavilyonun hər kəsin şəhərlərin bütün imkanlarından bərabər şəkildə istifadə hüququnu əks etdirdiyi vurğulanıb. Meksikaya maraq həm də ona görədir ki, bu ölkə Forumun estafet çubuğunu Azərbaycandan qəbul edəcək. Belə ki, 2028-ci ildə Ümumdünya Şəhərsalma Forumunun 14-cü Sessiyasının Meksikanın Mexiko şəhərində keçiriləcək. Odur ki, böyük heyətlə Azərbaycanın evsahibliyi ilə keçirilən tədbirə qatılan Meksika dövlətinin təmsilçiləri Bakı şəhərinin təcrübəsindən yararlanmağın mühüm əhəmiyyət daşıdığını etiraf edirlər. Təsadüfi deyil ki, Mexiko şəhərinin meri Klara Bruqada şəxsən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) qatılıb.

Qədim tarixə malik Mexiko şəhərindən gələnlər içərisində Meksikanın milli musiqisi, qədim geyim nümunələri və unikal rəqsləri Forum iştirakçılarını heyran edib. Alqış sədaları altında yorulmadan musiqi ifaları və rəqslərlə davam edən iştirakçılarla foto çəkdirmək istəyənlərin də günboyu növbəsi yaranır. Bu kimi kadrlar Bakının evsahibliyi ilə uğurla davam edən Foruma əlavə rəng qatır.

Musavat.com həmin görüntüləri təqdim edir.

 

Elşad Paşasoy,

Musavat.com

Избранный
9
2
musavat.com

3Источники