RU

Köhnə kitablar allergiyanın səbəbi ola bilər?

Köhnə kitablara qarşı allergiya zaman keçdikcə kağız nəşrlərinin ətrafında formalaşan çoxkomponentli mühitə qarşı yaranan kompleks reaksiyadır.

“İki sahil” xəbər verir ki, bu barədə RT-yə müsahibəsində allergoloq həkim Vladimir Bolibok danışıb.

“Bu problem xüsusilə kitabxanalarda, arxivlərdə, bukinist mağazalarında çalışan insanlar, kitab kolleksiyaçıları və böyük ev kitabxanalarının sahibləri üçün актуaldır”, — deyə o bildirib.

Onun sözlərinə görə, kağızın əsas komponenti sellülozadır və bu maddə təkbaşına nadir hallarda allergik reaksiya yaradır:  “Həqiqi təhlükəni kağız tozu təşkil edir. Kağızın dağılması nəticəsində yaranan bu xırda sellüloza hissəcikləri mikroorqanizmlər üçün ideal mühit yaradır və tənəffüs yollarına düşərək allergik rinit və astmaya səbəb ola bilər”.

Vladimir Bolibok xatırladıb ki, əvvəllər kağızın möhkəmliyini artırmaq üçün ona kanifol, kvasslar, sintetik qatranlar və formaldehid əlavə olunurdu.

“Kağız köhnəldikcə bu maddələr uçucu üzvi birləşmələr şəklində ayrılıb havaya yayıla bilər. Mətbəə boyası da təhlükə mənbəyidir”, — deyə o izah edib.

Təbii dəri və parça cildlər də allergiya mənbəyi ola bilər. Həkimin sözlərinə görə, kitabların hazırlanmasında istifadə edilən heyvan mənşəli yapışqanlar da mühüm rol oynayır:  “Bundan əlavə, bakteriyalar, kif göbələkləri və toz gənələrinin ifrazatları da allergiya baxımından təhlükəlidir”.

Həkim qeyd edib ki, hələ XX əsrin sonlarında “kitabxana tozu”na qarşı allergiyadan — rinit və astmadan əziyyət çəkən xəstələrin sayı kifayət qədər çox idi:  “Kağız kitab və jurnallardan elektron daşıyıcılara keçid nəticəsində ‘kitabxana tozu’ allergiyasından əziyyət çəkənlərin sayı kəskin şəkildə azalıb”.

Избранный
17
ikisahil.az

1Источники