RU

Qurbanlıq heyvanların kəsimi yalnız xüsusi məntəqələrdə aparılmalıdır

Qurbanlıq

Raxshanda

Müəllif

Raxshanda

Qurbanlıq heyvanların kəsimi yalnız sanitariya-gigiyena tələblərinə cavab verən xüsusi məntəqələrdə həyata keçirilməlidir.Ulusum.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.Bildirilib ki, 27–28 may tarixlərində qeyd olunacaq müqəddəs Qurban bayramı günlərində əhalinin sağlamlığının qorunması, təhlükəsiz ət məhsulları ilə təminat və ətraf mühitin mühafizəsi məqsədilə heyvan kəsimi və satışı prosesinə nəzarət gücləndiriləcək.Qeyd olunub ki, qurbanlıq heyvanların kəsimi yalnız xüsusi ayrılmış, müvafiq infrastrukturla təchiz olunmuş və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə aparılmalıdır. Küçə, yol kənarı və yaşayış məhəllələrində antisanitar şəraitdə həyata keçirilən kəsimlər yolverilməz hesab olunur.Məlumata görə, heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı təşkil edilməli, istifadə olunan alətlər mütəmadi dezinfeksiya olunmalı, yaranan tullantılar vaxtında ərazidən uzaqlaşdırılmalıdır. Kəsimi həyata keçirən şəxslər xüsusi işçi geyimindən istifadə etməli və tibbi müayinədən keçməlidirlər.AQTA həmçinin bildirib ki, ət satışı həyata keçirilən obyektlər baytarlıq-sanitariya tələblərinə cavab verməli, cəmdəklər soyuducu avadanlıqlarda saxlanılmalı və “soyuq zəncir” prinsipi qorunmalıdır. Ət satışı və kəsim məntəqələrində diri heyvan satışına yol verilməməlidir.Agentlik vətəndaşları yalnız rəsmi və icazəli kəsim məntəqələrinin xidmətlərindən istifadə etməyə çağırıb.Qurbanlıq

Diqqət Çəkənlər

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - VİDEO

Tbilisiyə qatar biletinin qiyməti açıqlanacaq

Şuşa və Trabzon şəhərləri qardaşlaşdı

Избранный
21
ulusum.az

1Источники