RU

Adil Karaismailoğlu: Köhnə və zəlzələ riski olan binaların yenilənməsi Türkiyənin əsas prioritetlərindəndir

Köhnə və zəlzələ riski daşıyan yaşayış binalarının yenilənməsi Türkiyənin əsas prioritetlərindən biridir.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai İşlər, Yenidənqurma, Nəqliyyat və Turizm Komitəsinin sədri Adil Karaismailoğlu bildirib.

Onun sözlərinə görə, mənzil təminatı həm konstitusion hüquq, həm də fundamental insan hüququdur və bu hüququn təmin olunması dövlətin əsas vəzifələrindən biridir.

A. Karaismailoğlu qeyd edib ki, Türkiyənin Mənzil İnşaatı İdarəsi (TOKİ) son 20 ildə 1 milyon 760 mindən çox mənzil tikərək vətəndaşların istifadəsinə verib.

O bildirib ki, bu layihələr yalnız yaşayış binalarını deyil, eyni zamanda məktəblər, ibadət yerləri, parklar, səhiyyə obyektləri, nəqliyyat və kommunal infrastruktur kimi sosial obyektləri də əhatə edir.

TBMM komitə sədri vurğulayıb ki, 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlər dayanıqlı və təhlükəsiz yaşayış binalarının əhəmiyyətini bir daha göstərib.

Onun sözlərinə görə, şəhər transformasiyası proqramlarının həyata keçirilməsi üçün uzunmüddətli və aşağı faizli maliyyələşmə mexanizmləri xüsusi əhəmiyyət daşıyır.

Избранный
6
1
apa.az

2Источники