RU

Bakının neft bumu şəhərin quruculuğuna necə təsir edib? ARAŞDIRMA FOTO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda neft sənayesinin sürətli inkişafı şəhərin urbanistik görünüşünü tamamilə dəyişdirdi.

Avtosfer.az xəbər verir ki, həmin dövrdə paytaxtda bir-birinə zidd iki əsas zona formalaşdı: neft sənayesinin ağır yükünü daşıyan “Qara şəhər” və neft milyonçularının yaşadığı elit “Kübarşəhər”.

Tarixi mənbələrə görə, “Qara şəhər” əsasən neft emalı zavodlarının cəmləşdiyi sənaye ərazisi idi. Burada istehsal prosesinin yaratdığı tüstü, tullantı və ağır ekoloji şərait bölgənin bu adla tanınmasına səbəb olmuşdu.

“Kübarşəhər” isə tam fərqli mənzərə təqdim edirdi. Şəhərin mərkəzi hissəsində yerləşən bu ərazi dövrün neft elitasının yaşayış məkanı hesab olunurdu. XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakının ən estetik, memarlıq baxımından zəngin və keyfiyyətli binaları məhz burada inşa edilirdi. Bu səbəbdən “Kübarşəhər”i həmin dövrün simvolik “Ağ şəhər”i də adlandırmaq mümkündür.

Bu gün isə vaxtilə sənaye zonası kimi tanınan “Qara şəhər” tamamilə yenidən qurularaq müasir və lüks yaşayış məkanına — “Ağ şəhər”ə çevrilib. Ərazi müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə planlaşdırılıb, yaşayış, biznes və ictimai məkanların inteqrasiyası əsasında inkişaf etdirilib.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, “Ağ şəhər”lə tarixi Kübarşəhər arasında ciddi fərqlər mövcuddur. “Ağ şəhər” əvvəlcədən hazırlanmış konsepsiya və layihə əsasında həyata keçirilən müasir urbanizasiya nümunəsidir. Kübarşəhər isə neft kapitalının təsiri altında, şəhərin təbii inkişaf prosesi nəticəsində formalaşmış tarixi yaşayış məkanı idi.

Başqa sözlə, “Ağ şəhər” planlaşdırılmış şəhərsalma layihəsi, Kübarşəhər isə Bakının tarixi və sosial transformasiyasının canlı izidir.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
avtosfer.az

1Источники