RU

Estoniya və Latviya sərhədləri yaxınlığında pilotsuz uçuş aparatları təhlükəsi qeydə alınıb

Stokholm, 19 may, AZƏRTAC

Estoniyada Ukrayna istiqamətindən gəldiyi ehtimal edilən pilotsuz uçuş aparatı vurulub.

AZƏRTAC Finlandiyanın “Yle” nəşrinə istinadla xəbər verir ki, müdafiə naziri Hanno Pevkurun sözlərinə görə, dron ölkənin hava məkanına daxil olub və Baltik ölkələrinin qırıcıları tərəfindən Vırtsyarv gölü üzərində məhv edilib. Estoniyanın cənub bölgələrində yeni dron hücumları təhlükəsi elan olunub.

Bir neçə rayonun, həmçinin Tallin şəhərinin sakinlərinə xəbərdarlıq göndərilib. Latviya Silahlı Qüvvələri də mümkün təhlükə ilə bağlı məlumat yayıb. Ölkənin bir sıra şərq rayonlarında yüksək hazırlıq rejimi tətbiq olunub.

Hadisədən sonra Estoniya və Latviyanın şərq sərhədləri yaxınlığında İsveç Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinin uçuşu qeydə alınıb. Bununla yanaşı, Rusiyanın şimal-qərbində dronların kütləvi hücumlarının həyata keçirildiyi, Pskov və Pulkovo hava limanlarının isə bağlandığı bildirilir.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Избранный
15
1
azertag.az

2Источники