RU

İcra hakimiyyətləri problemli ailələri nəzarətə götürməlidir komitə sədri

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Rayon rəhbərliyi problemli ailələri hamıdan yaxşı tanımalıdır. Faciə baş verəndən sonra deyil, əvvəlcədən müdaxilə olunmalıdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında komitə sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatının müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, xüsusilə rayonlarda problemli ailələr ictimaiyyət və aidiyyəti qurumlar tərəfindən yaxşı tanınır:

“Rayonda ictimaiyyət, rayonun rəhbərliyi hamıdan yaxşı bilməlidir ki, problemli ailələr hansıdır. Bu ailələr artıq polisin də, prokurorluğun da, ayrı-ayrı qurumların da nəzarətində olmalıdır”.

Hicran Hüseynova qeyd edib ki, ciddi problem yaranan kimi həmin ailələrlə bağlı dərhal tədbir görülməlidir:

“Hansısa ciddi bir problem olanda o dəqiqə o ailə ilə bağlı hansısa bir case açılır və ona təcili formada yardım da təşkil olunur”.

Deputat vurğulayıb ki, ağır faciələr baş verəndən sonra məsələyə müdaxilə etmək düzgün yanaşma deyil:

“Biz gözləməməliyik ki, Allah göstərməsin, hansısa dəhşətli faciə olsun, sonra bu məsələ ilə məşğul olaq”.

Komitə sədri əlavə edib ki, məsuliyyəti yalnız bir qurumun üzərinə qoymaq olmaz:

“Burada hamımızın fəaliyyəti olmalıdır və icra edilməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
modern.az

1Источники