RU

“Kann”da hamını heyran edən azərbaycanlı aktyor kimdir? DOSYE

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq artisti, əfsanəvi aktyor və rejissor Şahmar Ələkbərovun nəvəsi, azərbaycanlı aktyor Eldar İsgəndərov beynəlxalq uğura imza atıb.

O, Kann Film Festivalında nümayiş olunan və festivalın ən çox müzakirə edilən filmlərindən biri sayılan “Club Kid” filmində rol alıb.

https://www.bakupost.az/az/kanni-silkeleyen-azerbaycanli-aktyor-sahmar-elekberovun-nevesi-hollivudun-diqqet-merkezinde

Bakupost.az xəbər verir ki, əslən Azərbaycandan olan aktyor Niderland və Belçikada böyüyüb.

Eldar İsgəndərov ABŞ-nin Savanna İncəsənət və Dizayn Kollecinin (SCAD) məzunudur.

O, ötən il məşhur rejissor Qrant Singerin “Reenactment” adlı bədii filminin aktyor heyətinə daxil edilib.

Bundan əvvəl isə “A24” və “Fruit Tree” studiyaları üçün aktyor Cessi Ayzenberqin hazırladığı adsız musiqili komediyada rol alıb.

Lalə, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
2
www.bakupost.az

3Источники