RU

Məşhur müğənni bələdiyyə sədri ilə evlənir - FOTOLAR

Türkiyəli müğənni Sevcan Orhan ilə Buca bələdiyyə başçısı Görkem Duman ilə münasibətlərini rəsmiləşdirmək yolunda ilk addımı atıblar. Təxminən bir il yarımdır eşq yaşayan cütlük ailə üzvlərinin iştirakı ilə keçirilən mərasimdə nişanlanıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Sevcan Orhan və Görkem Duman yaxın zamanda evlənəcəklərini açıqlayıblar.

Cütlük nişan mərasimində üzük mübadiləsi apararaq münasibətlərini rəsmiləşdirib.

Toy planlarından danışan Sevcan Orhan mərasimin sentyabr ayında keçiriləcəyini bildirib. 

Görkem Duman isə sosial media hesabında nişan mərasimindən paylaşım edərək bu günü həyatının ən xüsusi anlarından biri adlandırıb.

Cütlüyün paylaşımı sosial mediada qısa zamanda böyük maraqla qarşılanıb və çoxsaylı təbrik mesajları alıb.

Musavat.com

Sevcan

 

Избранный
13
musavat.com

1Источники