RU

DİN-də rəhbər vəzifələrdə çalışan qadınların sayı açıqlanıb

Daxili işlər orqanlarında xidmət edən əməkdaşların 12%-ni (4134 nəfər) qadınlar, 88%-ni kişilər təşkil edir. 

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında qeyd edilib.

Bildirilib ki, daxili işlər orqanlarında rəhbər vəzifələrdə 64 qadın əməkdaş xidmət edir. 

2025-ci ildə daxili işlər orqanlarında xidmət edən qadın əməkdaşların sayı 2024-cü illə müqayisədə 2,3% artıb. 2025-ci ildə xidmətə (işə) qəbul edilmiş 2406 nəfərin 95,2%-ni (2291-i) kişilər, 4,8%-ni (115-i) qadınlar təşkil edib.

2020-2025ci illərdə Polis Akademiyasına qəbul olmuş şəxslərin ümumi sayı 3267 nəfər olub. Onlardan 3243-ü kişi,  24-ü qadın olub.  2025-ci ildə Polis Akademiyasına qəbul olmuş qadınların və kişilərin sayı artıb.

Избранный
6
1
adalet.az

2Источники