RU

Qrup yoldaşını bıçaqlayan şəxs cinayət məsuliyyətindən azad olundu

Bakıda qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrəməhkəmə prosesi yekunlaşıb.

AzNews.az Unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində yekun qərar qəbul edilib.

Qərara görə, kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən Fərid Əliyevin hadisə baş verən zaman anlaqsız vəziyyətdə olması müəyyən edilib.

Qərarda göstərilir ki, Fərid Əliyevin ittiham olunduğu maddələr üzrə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilib. O, cinayət məsuliyyətindən azad olunub.

Fərid Əliyev barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Избранный
5
1
aznews.az

5Источники