RU

Keçən il Azərbaycanda aliment ödəməkdən yayınan 2344 valideyn inzibati qaydada həbs olunub

2025-ci ildə aliment ödəməkdən yayınan 4 299 (2024-cü ildə 4131) borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

 

Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında öz əksini tapıb.

 

Hesabata əsasən, onlardan 3083 (2024-cü ildə 2987) protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunmuş, 2344 (2024-cü ildə 2318) nəfər inzibati qaydada həbs olunub.

 

Bundan başqa, keçən il cinayət məsuliyyətinə cəlb etmə haqqında 286 (2024-cü ildə 174) təqdimat verilib, onlardan 235 (2024-cü ildə 164) təqdimat əsasında cinayət işi başlanılıb, 3 (2024-cü ildə 3) təqdimat üzrə cinayət işinin başlanması rədd edilib, 48 (2024-cü ildə 7) təqdimat növbəti hesabat dövrünə qalıq keçib.

 

2025-ci il ərzində məhkəmələrdə ailə mübahisələri ilə bağlı mülki işlərin sayı isə 46 219 olub.

Tarix: 19 May 2026, 15:03   
Избранный
14
25
pravda.az

10Источники