RU

Qazaxıstan lideri Qızıl Orda ilə bağlı çağırış etdi

BAKI, 19 may. TELEQRAF

“Qızıl Orda Qərblə Şərqi birləşdirən, müxtəlif sivilizasiyaların inkişafına və dövlətlərin formalaşmasına əhəmiyyətli təsir göstərən böyük siyasi quruluş idi”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən “Qızıl Orda - çöl sivilizasiyasının modeli: tarix, arxeologiya, mədəniyyət, unikallıq” adlı Beynəlxalq Simpoziumda deyib.

“Heç bir tarixçi, tədqiqatçı Qızıl Ordanın Avrasiyanın geniş ərazisinə sərbəst şəkildə yayılmış və Böyük Çöl üzərində hökmranlıq edən güclü imperiya olduğuna şübhə etmir. Bu, tanınmış tarixi faktdır. Qızıl Orda Qərblə Şərqi birləşdirən, müxtəlif sivilizasiyaların inkişafına və dövlətlərin formalaşmasına xüsusi təsir göstərən çox böyük siyasi quruluş idi. Bu da sübut olunmuş faktdır. Buna görə də, Qızıl Orda tarixinin bir çox fundamental tədqiqatların əsasını təşkil etdiyi məlumdur. Amma bu mövzu öz aktuallığını itirməyib. Buna görə də heç vaxt itirməyəcək. Bu, millətin və dünya tarixi salnaməsi üçün çox vacib məsələdir”, - dövlət başçısı bildirib.

Prezident bu mövzunu sistemli və hərtərəfli şəkildə öyrənmək üçün beynəlxalq elmi ictimaiyyətlə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb:

“Həmin dövrün (Qızıl Orda dövrü – red.) nüfuzlu tədqiqatçılarının bu salonda toplaşdığını nəzərə alaraq, fikrimcə, Qızıl Orda tarixinin müsbət şəkildə yenidən şərh edilməsi perspektivlərini genişləndirməyə kömək edəcək elmi tədqiqatların əsas istiqamətləri barədə fikrimi qısaca bildirmək istərdim”.

Qazaxıstan Prezidenti bu nəticənin intellektual irsin, xüsusən də Böyük Çöl xalqlarının mədəni və ideoloji təməllərinin inkişafına təsir göstərən görkəmli mütəfəkkirlərin əsərlərinin öyrənilməsi ilə əldə edilə biləcəyini söyləyib.

“Bir neçə gün davam edəcək tədbirin əsas məqsədi budur. Bu məqamda Qazaxıstanın təşəbbüsünü dəstəklədiyinə görə UNESCO rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Bu forumda iştirak edən UNESCO-nun keçmiş baş direktoru xanım Odri Azuleyə təşəkkür etmək istəyirəm. Siz Qazaxıstan və UNESCO arasında tərəfdaşlığın möhkəmləndirilməsinə böyük töhfə vermisiniz. Simpoziumun belə bir nüfuzlu qlobal təşkilat çərçivəsində keçirilməsi Qızıl Orda irsinin qlobal miqyasda böyük əhəmiyyətini göstərir”, - Kasım-Jomart Tokayev qeyd edib.

Xatırladaq ki, Qızıl Orda XIII-XVII əsrlərdə mövcud olmuş türk-monqol dövləti idi. Monqol İmperiyasının hökmdarı Çingiz Xanın nəvəsi Batı Xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşmiş, təxminən 260 il ömür sürmüş Qızıl Orda tarixin ən böyük və ən qüdrətli imperiyalarından biridir.

Избранный
28
teleqraf.com

1Источники