RU

Qızıl Orda irsinə həsr olunan sərgi keçirilib

Bu gün, 19 may tarixində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Qızıl Orda çöl sivilizasiyasının modeli kimi: tarix, arxeologiya, mədəniyyət, identiklik” mövzusunda beynəlxalq simpoziumun açılışı baş tutub.

Publika.az xəbər verir ki, 19–20 may tarixlərində UNESCOnun himayəsi ilə keçirilən tədbirdə müxtəlif ölkələrdən alimlər və ekspertlər iştirak edir.

Simpoziumun əsas məqsədi Qazaxıstanı Qızıl Orda irsinin öyrənilməsi üzrə beynəlxalq mərkəz kimi tanıtmaq, həmçinin Cuçi Ulusunun Mərkəzi Avrasiya tarixindəki rolunu araşdırmaqdır.

Tədbir çərçivəsində Qızıl Orda irsinə həsr olunmuş sərgi də təqdim olunub. Sərgidə arxeoloji tapıntılar, yazılı mənbələr və mədəni artefaktlar nümayiş etdirilir. Ekspozisiya dövlətçilik, hərb, mədəniyyət, eləcə də çöl və şəhər sivilizasiyalarının qarşılıqlı təsiri kimi mövzuları əhatə edir.

Xüsusi diqqət 70 tarixi abidəni əhatə edən interaktiv xəritəyə yönəlib. Onlardan 17-si 3D vizuallaşdırma ilə təqdim olunur.

Избранный
4
publika.az

1Источники