Joze Mourinho “Real”a qayıdır.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Madrid klubunun yeni baş məşqçisi kimi 2 illik müqavilə imzalamaq üzrədir. Mourinyo qayıdışının ilk addımı kimi “Mançester Siti”nin orta sahə oyunçusu Rodrini transfer etmək üçün hər şeyi etməyi tələb edib.
Portuqaliyalı məşqçi bundan əvvəl “Real”ı 2010-2013-cü illər arasında çalışdırmış və La Liqa, Kral Kuboku qazandırmışdı. Madridlilərin yeni mövsüm üçün köklü dəyişikliklər planlaşdırdığı bildirilir.
Transfer pəncərəsi açılan kimi ciddi addımlar atılacağı gözlənilir.