RU

Bakının qlobal tədbirlər keçirmək üçün böyük potensialı var Türkiyəli diplomat FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Türkiyənin Trabzon şəhərinin bələdiyyə başqanı Ahmet Metin Genç “World Urban Forum 13” çərçivəsində keçirilən tədbirlərlə bağlı Avtosfer.az-a fikirlərini bildirib. 

O qeyd edib ki, Trabzon Böyükşəhər Bələdiyyəsi də forumda dəvətli qonaq qismində iştirak edib və müəyyən məsuliyyətlər daşıyıb:

“Burada həm mənzil təminatı, həm ətraf mühit, həm də şəhərlərin inkişafı ilə bağlı çox önəmli mövzular müzakirə olunur. Eyni zamanda enerji və insan həyatının əsas resursları ilə bağlı ayrıca proqramlar keçirilir. Üç gündür buradayıq və bütün tədbirləri yaxından izlədim”.

Ahmet Metin Genç Azərbaycanın 182 ölkənin qatıldığı belə böyük beynəlxalq tədbirə ev sahibliyi etməsindən qürur duyduğunu vurğulayıb:

“Bir türk olaraq Azərbaycanın bu miqyaslı dünya təşkilatına ev sahibliyi etməsi ilə qürur duydum. Təşkilatçılığı çox uğurlu hesab edirəm və hər kəsi təbrik edirəm”.

Trabzon bələdiyyə başqanı Azərbaycanın böyük beynəlxalq tədbirlər keçirmək imkan və bacarığını nümayiş etdirdiyini də qeyd edib:

“Bu forum Azərbaycanın belə nəhəng tədbirləri yüksək səviyyədə təşkil etmək gücünə sahib olduğunu göstərdi. İlk gün güclü yağış olsa da, sonrakı günlərdə çox gözəl atmosferdə tədbirlər davam etdi”.

O əlavə edib ki, forum çərçivəsində insanlıq üçün vacib olan məsələlər ətrafında mühüm fikirlər səsləndirilir:

“Burada səsləndirilən fikirlərin yekun bəyanata çevrilməsi və iştirakçı dövlətlərin həmin prinsiplərə uyğun hərəkət etməsi bütün bəşəriyyət üçün mühüm əhəmiyyət daşıyır”.

Eltac Züıfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
avtosfer.az

1Источники