RU

“Ermənistan Rusiya ilə münasibətlərdə gərginlik yaratmaq niyyətində deyil” - Mirzoyan

“Rusiya ilə münasibətlərdə problemlər var, lakin onlar konstruktiv atmosferdə həll edilə bilər”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda litvalı həmkarı Kestutis Budris ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan Rusiya ilə münasibətlərdə gərginlik yaratmaq niyyətində deyil.

“Biz Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə gərginlik yaratmaq niyyətində deyilik. Biz tərəfdaşıq, çoxsaylı əlaqələrimiz var və konstruktiv dialoq atmosferində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək əzmindəyik", - deyə siyasətçi vurğulayıb.

Mirzoyanın sözlərinə görə, ölkələr arasında problemlər, şübhəsiz ki, mövcuddur, lakin bu cür məsələlər bütün beynəlxalq münasibətlərdə ortaya çıxır və müzakirələr yolu ilə həll edilməlidir.

Daşqın HəsənovMissiya.Az

Избранный
5
missiya.az

1Источники