Metbuat.az xəbər verir ki, açılış mərasimində regionun şəhərsalma gündəliyi, dayanıqlı inkişaf və urban innovasiyalar üzrə təşəbbüslər təqdim olunub. Rəsmi hissədən sonra qonaqlar pavilyonda nümayiş etdirilən layihələrlə tanış olublar. Məryəm Nəvaz Şərif daha sonra Azərbaycan pavilyonuna da baş çəkib. Burada ölkənin şəhərsalma sahəsində həyata keçirdiyi layihələr, müasir şəhər inkişafı konsepsiyaları və davamlı urbanizasiya istiqamətində görülən işlər barədə ona məlumat verilib.
Gülbəniz Hüseynli /Mətbuat.az