RU

UN-Habitat: Davamlılıq milli mənzil siyasətlərində əsas prioritetə çevrilib

Davamlılıq milli mənzil siyasətlərində əsas prioritetə çevrilib.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Tədqiqat və Analitika Bölməsinin nümayəndəsi Matthijs van Oostrum Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" adlı tədbirdə bildirib.

"Biz həmçinin ekoloji davamlılığın çox ön plana çıxan element olduğunu görürük. Davamlılıq əslində mənzil təminatının əsas meyarlarına daxil deyil. Biz "Habitat" olaraq bunun daxil edilməli olduğunu müdafiə edirik və bu, milli mənzil siyasətində də öz əksini tapır. Milli mənzil siyasətləri davamlılıq aspektlərinə böyük diqqət yetirir. Beləliklə, biz bundan nümunə götürməli, bunları beynəlxalq çərçivə sənədlərimizə daxil etməliyik".

Избранный
55
far.az

1Источники