RU

“Vaşinqton və Moskva Pekinlə əməkdaşlığa üstünlük verir” ŞƏRH

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trumpdan sonra Çinə səfər etdi. İki böyük dövlət liderinin ardıcıl şəkildə Pekinə getməsi Çinin artan strateji mövqeyindən irəli gəlir”.

Bunu Gununsesi.info–ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Yeni dünya siyasi nizamının formalaşması və strateji qərarların qəbulu artıq böyük ölçüdə Pekinin mövqeyindən asılıdır. D. Trampla Si Cinpin arasında bir sıra strateji məsələlər üzrə müəyyən razılaşmaların əldə olunması da istisna deyil. V. Putin bildirib ki, Çinlə çoxqütblü dünyanın qurulması və yeni siyasi nizamın formalaşdırılması istiqamətində əməkdaşlıq ediləcək.

Hazırkı mərhələdə həm ABŞ, həm də Rusiya Çinin dəstəyinə ehtiyac duyur. Hər iki dövlət Pekini öz geosiyasi tərəfdaşı kimi qazanmağa çalışır. Lakin Çin strateji təmkinini qoruyaraq daha çox öz geosiyasi mövqelərinin gücləndirilməsinə yönəlmiş siyasət həyata keçirir. Artıq qlobal qərarların yekun nəticəsi təkcə Vaşinqton və ya Moskvada deyil, müəyyən mənada Pekində formalaşır”.

O qeyd edib ki, Çinin artan strateji üstünlüyü növbəti mərhələdə Tayvan üzərində nəzarəti genişləndirmək cəhdlərini sürətləndirə bilər:

“Pekin Rusiyaya hərbi və logistik dəstəyi artırmaqla Qərbin üstünlüyünün qarşısını almağa çalışır. Eyni zamanda, İrana dəstək verməklə Vaşinqtonu müxtəlif geosiyasi böhranlarla məşğul etməyə və beynəlxalq qərarların verildiyi əsas mərkəzlərdən birinə çevrilməyə çalışır.

Çin soyuqqanlı və uzunmüddətli strateji siyasət yürüdərək qlobal nüfuz dairəsini genişləndirir.

Beynəlxalq siyasi nizamın deqradasiyaya uğradığı və təhlükəsizlik risklərinin artdığı bir dövrdə həm Vaşinqton, həm də Moskva Çinlə əməkdaşlığa xüsusi önəm verir. “Şərq Əjdahası”nın yüksəlişi və artan geosiyasi ambisiyaları isə ABŞ üçün ciddi strateji çağırışlar yaradır”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
3
icma.az

4Источники