RU

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Gənc qızın əyləncəsi faciə ilə bitdi - VİDEO 23+

Braziliyada keçirilən güləş yarışında baş verən faciə böyük rezonans doğurub. Yarış zamanı ağır xəsarət alan gənc qız xəstəxanada həyatını itirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hadisə açıq havada təşkil olunan güləş turniri zamanı baş verib.

Görüntülərdə gənc qızın rəqibinin müdaxiləsindən sonra qəfil yerə yıxıldığı və bir daha hərəkət etmədiyi əks olunub.

Hadisə zamanı tamaşaçılar böyük panika yaşayıb. Yarış meydançasına qaçan şəxslər gənc idmançıya kömək etməyə çalışıblar. Daha sonra əraziyə tibbi heyət cəlb olunub və yaralı xəstəxanaya aparılıb. Lakin onun boyun nahiyəsindən ağır xəsarət aldığı və həyatını xilas etməyin mümkün olmadığı bildirilib.

Faciənin görüntülərinin sosial şəbəkələrdə sürətlə yayılması Braziliyada və digər ölkələrdə idman yarışlarında təhlükəsizlik tədbirləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Musavat.com


Избранный
3
musavat.com

1Источники