RU

Rusiyada binaya dron HÜCUMU:Azərbaycanlı uşaq həlak OLDU

Ukrayna pilotsuz uçan aparatlarının (PUA) Rusiyada yaşayış binasına hücumu zamanı azərbaycanlı uşaq həlak olub.

Redaktor.az lent.az-a istinadla xəbər verir ki, hadisə mayın 15-də Ryazan şəhərində qeydə alınıb.

Məlumata görə, binaya dron hücumu zamanı Ağcabədi rayon sakini olan 8 yaşlı Sevinc Quliyeva həlak olub. O, mayın 16-da Qaraxanlı kəndində dəfn edilib.

Qeyd edək ki, binaya dron hücumu zamanı 1-i uşaq olmaqla, 3 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Избранный
6
4
redaktor.az

5Источники