RU

Çin liderindən Trampa: Putin Ukraynaya hücumuna görə "peşman" olacaq

Çin Prezidenti Si Cinpin Pekində ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı Vladimir Putinin sonda Ukraynanı işğal etmək qərarına "peşman ola" biləcəyini bildirib. 

Ölkə.az  “Financial Times”ə (FT) istinadən xəbər verir ki, Çin lideri bu açıqlamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirə deyib.

Nəşr yazıb ki, Si Cinpinin bu şərhi Rusiyanın Ukraynaya qarşı müharibəsinin dörd ildən sonra dalana dirəndiyi və Kiyevin ölkənin dərinliklərindəki Rusiya qoşunlarına və hədəflərinə zərbə endirmək üçün dronlardan daha effektiv istifadə etdiyi bir vaxta təsadüf edir.

Bu arada, Putin 19-20 may tarixlərində Çinə rəsmi səfər planlaşdırır. 

Putin  Pekinə səfərini şərh edərək deyib ki, sıx Rusiya-Çin strateji müttəfiqliyi qlobal səhnədə mühüm, sabitləşdirici rol oynayır və bu heç kimə qarşı deyil, əksinə sülh, universal rifah üçün çalışırıq. O, iki günlük səfər zamanı siyasət, iqtisadiyyat, müdafiə və humanitar mübadilə mövzularının müzakirə olunacağını bildirib. Təxminən 40 ikitərəfli sənədin imzalanması gözlənilir.

Mürtəza

Избранный
25
3
olke.az

4Источники