“Barselona” “Atletiko”dan Xulian Alvaresi almaq üçün Ferran Torresi satmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, Argentina millisinin hücumçusu Alvares son mövsümlərdə “Atletiko”nun ən sabit oyunçularından birinə çevrilib.
Torres isə “Barselona”da daim əsas heyətdə yer tuta bilməyib. Kataloniyalı klub bu mübadilə strategiyasıyla hücum xəttini gücləndirməyi hədəfləyir.
Transferin dəyərinin 80 milyon avronu keçəcəyi gözlənilir.