Futzal üzrə Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Araz-Naxçıvan" – "Neftçi" İK görüşünü beynəlxalq dərəcəli hakimlər idarə edəcəklər.
Mövsümün son oyunu 21 mayda Bakı İdman Sarayında keçiriləcək və saat 16:00-da başlayacaq. Matç "CBC Sport"la canlı yayımlanacaq.
Qeyd edək ki, ötən gün Yüksək Liqa çərçivəsində həlledici görüşdə "Neftçi" İK üzərində 5:2 hesablı qələbə qazanan "Araz-Naxçıvan" çempionluğu bayram edib.
Azərbaycan Kuboku
Final
21 may
Araz-Naxçıvan – Neftçi İK
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.
Ehtiyat hakim: İmran Məhərrəmov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 16:00