RU

Sənaye zonalarında istehsal 12 faiz artıb

2026-cı ilin ilk 4 ayında ölkəmizdə 21 milyard 120,4 milyon manatlıq sənaye məhsulları istehsal edilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 0,3 faizlik artım deməkdir. Hesabat dövründə qeyri neft-qaz sənayesində isə məhsul istehsalı 7,2 faiz artaraq 7 milyard 92,2 milyon manata çatıb.

Son illər ölkənin qeyri-neft sənayesinin inkişafında sənaye zonalarının xüsusi payının artması müşahidə olunur. Cari ilin birinci rübündə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye zonalarının rezidentləri 883 milyon manat dəyərində məhsul istehsal ediblər. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.

Xatırladaq ki, ölkənin sənaye zonalarında rezidentlər üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə bir sıra mühüm vergi güzəştlərindən yararlanırlar. Belə ki, onlar əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara 10 il müddətinə ƏDV və gömrük rüsumları üzrə azadolmalar tətbiq olunur.

XQ

Избранный
19
3
xalqqazeti.az

6Источники