RU

AZAL Naxçıvana reysləri bərpa edib

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib. Hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.

Bu barədə Day.Az-а AZAL-dan məlumat verilib.

 

Bildirilib ki, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.

Избранный
28
22
day.az

10Источники