RU

İordaniya təmsilçisi: Dünyanın çətin sınaqlardan keçdiyi dövrdə inklüzivlik nəzəri mövzu deyil

Bu gün inklüziv şəhərlər və müstəqil həyat haqqında danışarkən biz yalnız mühəndislik, şəhərsalma və ya xidmətlərdən bəhs etmirik. Biz daha geniş bir anlayışdan danışırıq.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Əlilliyi olan şəxslər üçün inklüziv şəhərlər və müstəqil həyat” sessiyasında çıxışı zamanı İordaniyanın “I am Human” Əlilliyi olan Şəxslərin Hüquqları Cəmiyyətinin prezidenti Asia Abdel Mutaleb Yaghi deyib.

O bildirib ki, inklüzivlik artıq nəzəri bir mövzu deyil: "Xüsusilə dünyanın təkrar-təkrar çətin sınaqlardan keçdiyi bir dövrdə. Dünyada baş verən transformasiyalar və münaqişələr bu gün ciddi çağırışlar yaradır".

O, çıxışının sonunda Azərbaycana konfransın təşkilinə, cəmiyyətlərin gələcəyi ilə ən sıx bağlı məsələlər üzrə dialoq üçün belə mühüm platformanın yaradılmasına görə təşəkkürünü bildirib.

Избранный
1
1
apa.az

2Источники