RU

ABŞ də İslam Mərkəzinə silahlı hücum 5 ölü Fotolar

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ-nin Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən İslam Mərkəzinə silahlı hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib.

San-Dieqo Məscidinin imamının verdiyi məlumata görə, hücum zamanı üç nəfər ölüb. ABŞ Federal Təhqiqat Bürosu (FTB) isə 17 və 19 yaşlı iki hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.

Hadisədən sonra yaralılar San-Dieqodakı Şarp Memorial Xəstəxanasına çatdırılıb.

“Təcili yardım prosedurlarımız aktivləşdirilib və hadisəyə operativ reaksiya vermək üçün San-Dieqo hakimiyyəti və digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə işləyirik”, - xəstəxananın sözçüsü Alisiya Kuk bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
90
qafqazinfo.az

1Источники