RU

Benzinin qiyməti superdövləti diz çökdürdü – bu səbəbə görə

ABŞ-də İran ətrafında keçirilən hərbi əməliyyatların iqtisadi təsirləri ilə bağlı yeni araşdırma yayımlanıb.

Musavat.com xəbər verir ki, ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən olan Brown University tərəfindən aparılan araşdırmaya görə, əməliyyat fonunda artan yanacaq qiymətləri Amerika vətəndaşlarına 40 milyard dollardan çox əlavə xərc yaradıb.

Məlumata əsasən, ölkə üzrə benzinin bahalaşması səbəbindən əhalinin ödədiyi əlavə məbləğ 41,5 milyard dollara çatıb. Hesablamalara görə, bu göstərici hər ailə üçün orta hesabla 316 dollar əlavə xərc deməkdir.

Araşdırmada qeyd olunur ki, sözügedən vəsait ABŞ-də iri nəqliyyat infrastruktur layihələrindən birinin tam maliyyələşdirilməsinə kifayət edə bilərdi.

Musavat.com

Избранный
39
2
musavat.com

3Источники