RU

Şad xəbər: Bakı–Tiflis qatarı yenidən xəttə qayıdır - gündəlik reyslər başlayır

Gürcüstan hökuməti Bakı–Tiflis marşrutu üzrə gündəlik sərnişin qatarının fəaliyyətə başlayacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, yayılan məlumata görə, mayın 26-dan etibarən Bakı–Tiflis istiqamətində hər gün sərnişin qatarı hərəkət edəcək.

Məlumatda bildirilir ki, Bakı ilə Tiflis arasında sərnişin daşımaları 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən dayandırılmışdı və bu günə qədər tam şəkildə bərpa olunmamışdı.

Qeyd olunur ki, Azərbaycanın quru sərhədləri hələ də bağlı olaraq qalır və ölkədə xüsusi karantin rejimi davam edir. Hazırda xaricə çıxış əsasən hava nəqliyyatı vasitəsilə mümkündür.

Yeni qərarın regionda nəqliyyat əlaqələrinin və sərnişin daşımalarının aktivləşməsi baxımından mühüm addım olduğu bildirilir.

 

Musavat.com

Избранный
31
musavat.com

1Источники