Ajans.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, mənzil bazarında qiymət artımı yaxın zamanda da davam edəcək. Bunun əsas səbəblərindən biri tikinti xərclərinin ildəən ilə artmasıdır. Xüsusilə də böyük şəhərlərdə torpaq sahələrinin məhdudluğu da tikintinin maya dəyərinə birbaşa təsir göstərir.