RU

ÜST hantavirusa yoluxma sayının artdığını açıqladı

“MV Hondius” kruiz gəmisinin daha bir sərnişinində karantin müddətində hantavirus simptomları aşkar edilib, bununla da müəyyən edilən yoluxma hallarının sayı yenidən 11-ə çatıb.

Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus açıqlayıb.

“Ümumilikdə 11 yoluxma halı müəyyən edilib (9-u təsdiqlənmiş, 2-si ehtimal olunan), o cümlədən 3 ölüm faktı qeydə alınıb”, – deyə ÜST rəhbəri qeyd edib.

Onun sözlərinə görə, “həmin şəxs vətəninə qaytarılan sərnişinlər arasında olub və karantində olduğu müddətdə onda simptomlar müşahidə edilib, hazırda ona tibbi yardım göstərilir”.

Избранный
15
5
publika.az

6Источники