RU

Keniyalı jurnalist: Afrika şəhərləri daşqınlar və mənzil problemi ilə üz üzədir

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 may, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər forumda iştirak etməkdən çox məmnunam.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən keniyalı jurnalist Pitr Mvanqangi Kioko deyib.

O, Afrikadakı şəhərlər və onların hazırda qarşılaşdığı əsas çətinliklər haqqında danışıb.

“Bu gün biz iqlim dəyişmələri və sürətli urbanizasiyanın bir çox təsirlərini müşahidə edirik. Hazırda dünyada, hətta Afrikada iqlim dəyişmələri ilə əlaqədar şəhərlərin daşqın kimi çətinlikləri ilə üzləşdiyini görürük. Sürətli urbanizasiya ilə əlaqədar olaraq insanların daha yaxşı imkanlar arxasınca kəndlərdən şəhərlərə köç etdiyinin şahidi oluruq. Bunun da nəticəsində şəhərlərdə olan mövcud infrastruktur (su, sanitariya xidmətləri və mənzil) ciddi təzyiqlə qarşılaşır”,- deyə o bildirib.

O, şəhərlərdə dayanıqlı inkişafın təmin olunması və mənzil böhranının qarşısının alınması üçün düzgün şəhərsalma siyasəti və strategiyasının əhəmiyyətini vurğulayıb.

Müxbir: Vüsalə Səfərova

Foto: Azər İbrahimov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
1
azertag.az

2Источники