RU

“8 illik əzab bitdi” Şakira vergi işi üzrə tam bəraət aldı

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Dünya şöhrətli müğənni Şakira İspaniyada illərlə davam edən vergi işi üzrə məhkəməni qazanıb.

Sherg.az xəbər verir ki, məlumata görə, İspaniya Ali Məhkəməsi məşhur müğənnini vergi fırıldaqçılığı ittihamı üzrə bəraətə layiq görüb və 2021-ci ildə tətbiq edilən 55 milyon avroluq cəriməni ləğv edib.

Qərara əsasən, Şakiranın daha əvvəl ödədiyi məbləğ faizlə birlikdə geri qaytarılacaq. Bildirilir ki, geri ödənəcək vəsaitin ümumi həcmi 60 milyon avronu keçəcək.

İspaniya Vergi Xidməti müğənninin futbolçu Cerard Pique ilə münasibətinə görə 2011-ci ildən ölkədə yaşadığını və vergi ödəyicisi hesab olunmalı olduğunu iddia edirdi. Lakin məhkəmə Şakiranın həmin il vergi rezidenti sayılması üçün tələb olunan 183 günü İspaniyada keçirmədiyi qənaətinə gəlib.

Məhkəmə həmçinin vergi orqanlarının tətbiq etdiyi cərimələrin hüquqa zidd olduğunu bildirib.

Müğənninin vəkili Jose Luis Prada qərardan sonra açıqlamasında bunun “səkkiz illik əzablı prosesin sonu” olduğunu deyib və vergi orqanlarını qeyri-dəqiq inzibati yanaşmada ittiham edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
sherg.az

1Источники