Azərbaycan Tibb Universitetində (ATU) 2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan edilib.
Bizim.Media xəbər verir ki, Universitetin mətbuat xidmətindən verilən məlumata görə, qəbul planına əsasən, ümumilikdə 8 ixtisas üzrə 203 yer nəzərdə tutulub.
Budəfəki qəbulun əsas üstünlüklərdən biri ondan ibarətdir ki, burada yalnız ənənəvi istiqamətlər deyil, ölkəmizin səhiyyə sistemi üçün xüsusi aktuallıq kəsb edən yeni ixtisaslaşmalar da əhatə olunub.
Həm ixtisas üzrə ümumi qəbul sayı, həm də hər bir ixtisaslaşma üzrə ayrılmış yer sayı barədə linkə daxil olmaqla, daha ətraflı məlumat əldə etmək mümkündür.
Bizim.Media