RU

Ukraynanın keçmiş prezidentinin məşhur restoran-gəmisi batdı - VİDEO

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin "Qalleon" restoran-gəmisi Kiyev bölgəsində batıb.

Moderator.az xəbər verir ki, Ukraynanın UNIAN xəbər agentliyi hadisənin videosunu özünün "Telegram" kanalında paylaşıb.

Gəmi, demək olar ki, yarıya qədər suyun altında qalıb və su üzən restoranın aşağı qapı və pəncərələrinin səviyyəsinə çatıb.

Sabiq dövlət başçısının restoranının batmasının səbəbi məlum deyil.

Məlumata görə, Kiyev bölgəsindəki üzən iqamətgah 2007-ci ilə qədər dövlətə məxsus olub, daha sonra Yanukoviçin mülkiyyətinə keçib.

2018-ci ildə Kiyev məhkəməsi iqamətgahın ərazisini aktivlərin geri qaytarılması agentliyinə təhvil verib. 2023-cü ildə üzən-restoran rəsmi olaraq milli park və landşaft sənəti abidəsi elan edilib və bir il sonra turistlər üçün açılıb.

"Qalleon"un uzunluğu təxminən 50 metrdir, qədim yelkənli gəmi formasındakı unikal dizaynı və dəbdəbəli əşyaları ilə ziyarətçiləri cəlb edir. Rezidensiyanın içərisində konsert səhnəsi olan ziyafət zalı, VIP qonaqları qəbul etmək üçün salon və keçmiş dövlət başçısının mərmər, büllur, qızılla bəzədilmiş və qiymətli ağacdan hazırlanmış ofisi var.

 

Избранный
28
1
moderator.az

2Источники