RU

“Xüsusi xəbərdarlıqdan sonra...” – Yazıçılar üzvlük haqqı verirmi?

“Xüsusi xəbərdarlıqdan sonra canlanma var. Üzvlərimiz gəlib ödənişləri edirlər. O vaxtdan bu yana heç kimi üzvlükdən çıxarmamışıq”.

Bunu Musavat.com-a açıqlamasında AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

O bildirib ki, üzvlər ödəniş üçün müraciət edirlər:

“Canlanma var deyə gözləmə mövqeyi seçmişik. Nə qədər üzvlük haqqı yığılması ilə bağlı dəqiq məlumatım yoxdur. Xüsusi xəbərdarlığın təsiri oldu. Demək olmaz ki, hamı məsuliyyətsizdir, sadəcə bəzən olur ki, unudurlar”.

Qeyd edək ki, bir müddət əvvəl 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin AYB-dən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilmişdi. İndiyə kimi 30 yazıçı üzvlükdən xaric edilib.

Şahanə Rəhimli
Musavat.com

Избранный
9
musavat.com

1Источники