RU

Vuçiçdən Brüsselə açıq mesaj: “Enerji lazım olanda Azərbaycan yadlarına düşür” TƏHLİL

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oqtay Qasımov: “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır”

“Aİ Bakıya qarşı sərt görünür, amma enerji qarşısında geri çəkilir”

Avropa Parlamenti qaz və neftə ehtiyac duyduğu zaman gəlib Azərbaycana yalvarır. Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə jurnalistlərə açıqlamasında deyib.

Vuçiç bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevdən soruşmağa belə ehtiyac yox idi və bilirdim ki, o, Avropa Parlamenti ilə əməkdaşlığı dayandıracaq: “ Çünki bilirsiniz, Avropa Parlamentinin üzvləri tez-tez təkəbbürlü davranırlar, ona görə də onlar özlərindən daha uğurlu olanlara mühazirə oxuyurlar”.

Vuçiç həmçinin Serbiya ilə Azərbaycan arasında gələcək əməkdaşlığın yeni aspektləri barədə danışıb və iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, qarşılıqlı investisiyaların təşviqinin və konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Mövzunu şərh edən politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Aleksandr Vuçiçin Avropa Parlamenti və Azərbaycanla bağlı səsləndirdiyi fikirlər Bakı-Brüssel münasibətləri fonunda diqqət çəkən siyasi mesajdır: “Azərbaycan ilə Serbiya arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və xüsusilə Aleksandar Vučićin hakimiyyəti dövründə əlaqələr daha da genişlənib. Qarşılıqlı səfərlərin intensivləşməsi, siyasi dialoqun aktivləşməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşməsi bunu açıq şəkildə göstərir. İki ölkə arasında xüsusilə enerji sahəsində əməkdaşlıq mühüm yer tutur və Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində əsas aktorlardan birinə çevrilib. Vuçiçin həm Azərbaycan, həm də Prezident İlham Əliyevlə bağlı müsbət mövqeyini biz əvvəllər də dəfələrlə müşahidə etmişik. Bu münasibətlər təkcə diplomatik jestlərlə məhdudlaşmır, real siyasi və iqtisadi maraqlara əsaslanır”.

O. Qasımovun fikrincə, Serbiya Prezidentinin Avropa Parlamenti ilə bağlı son açıqlamaları da təsadüfi deyil: “Həm Azərbaycan, həm də Serbiya müəyyən məsələlərdə Avropa institutlarının qərəzli və ikili yanaşması ilə qarşılaşır. Vuçiç açıq şəkildə mesaj verir ki, Avropa Parlamenti siyasi məsələlərdə sərt və tənqidi mövqe nümayiş etdirsə də, enerji təhlükəsizliyi məsələsində Azərbaycana ehtiyac duyduğu zaman tamamilə fərqli ritorika sərgiləyir. Bu baxımdan onun açıqlamalarının səmimiliyinə şübhə yoxdur”.

 Son illərdə Azərbaycanın beynəlxalq nüfuzu və geosiyasi çəkisinin əhəmiyyətli dərəcədə artdığını xatırladan politoloq qeyd edib ki, Avropa İttifaqının özü də Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğunu etiraf edir: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Aİ rəhbərliyinin Bakını etibarlı tərəfdaş kimi xarakterizə etməsi də məhz bunun göstəricisidir. Azərbaycanın artan beynəlxalq əhəmiyyəti artıq regional çərçivəni aşaraq qlobal siyasi və iqtisadi proseslərdə də hiss olunur”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
sherg.az

1Источники