RU

Donald Tramp mümkün varisinin adını açıqlamaqdan imtina etdi

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ölkə.Az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə "Fortune" nəşri məlumat yayıb.

"Bu vəzifəyə kim gəlirsə gəlsin, o, olduqca mühüm bir şəxs olacaq. Lakin yanlış adamı seçsəniz, bu, fəlakətlə nəticələnəcək", - deyə Cey Di Vens, Marko Rubio və hazırkı dövlət başçısının oğlu kiçik Donald Trampın adlarının yer aldığı varislə bağlı sualını cavablandıran Ağ Ev lideri bildirib.

O, həmçinin səlahiyyət müddəti başa çatdıqdan sonra "Öncə Amerika" siyasətinin məhz hansı formada davam etdirilə biləcəyini bilmədiyini diqqətə çatdırıb. Buna baxmayaraq, o, 2028-ci ildən sonra da ABŞ-nin öz maraqlarını müdafiə edə biləcəyinə inandığını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
2
olke.az

3Источники