RU

Mariya Zaxarova: Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir

BAKI, 18 may. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri Ermənistan Baş naziri Nikol Paşinyana öz təsirini göstərib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün Teleqram kanalında yazıb.

Diplomat Paşinyanın RT tərəfindən yayımlanan fotolarına, eləcə də seçki kampaniyası zamanı Ermənistan vətəndaşı ilə mübahisəsinə dair videoya münasibət bildirib: “Şükür edin ki, ən yaxın ayaqyolunda sizi “sındırmayıblar”.

Zaxarova Paşinyanın açıqlamalarını şərh edərkən qeyd edib: “Makron və Zelenskinin İrəvana səfəri nəticəsiz ötüşməyib - “Avropa dəyərləri” göz qabağındadır. Daha doğrusu, onların üzündən görünür”.

Fransa və Ukrayna prezidentləri mayın əvvəlində Avropa Siyasi Birliyinin sammitində iştirak üçün İrəvana səfər etmişdilər.

Xatırladaq ki, bu gün İrəvanda seçicilərlə görüş zamanı Nikol Paşinyana yaxınlaşan bir qadın onu təhqir etməyə, müxtəlif cinayətlərdə günahlandırmağa, qışqırmağa başlayıb və Baş nazirin onları diz çökdürməyə çalışdığını bildirib.

Uzun müddət sakit dinlədikdən sonra özündən çıxan Nikol Paşinyan qadına cavab olaraq deyib ki, o, vətəndaşları yox, Robert Köçəryanı diz çökdürəcək:

“Siz kimi nəzərdə tutursunuz? Əgər siz Robertsinizsə, sizi diz çökdürəcəyəm, Robertinizi diz çökdürəcəyəm, artıq diz çökdürmüşəm, yenə edəcəyəm. Robertiniz həbsxanada oturacaq, onu çökdürəcəyəm. Roberti də məhv edəcəyəm, kaluqalı oliqarxı da (Samvel Karapetyanı nəzərdə tutur – red.).

Nikol Paşinyan əlavə edib: “Mən onları hissə-hissə məhv edəcəyəm. Bəli, hədələyirəm, məhv edəcəyəm”.

Избранный
2
1
teleqraf.com

2Источники