RU

Etibarnamə verdinizsə, hazır olun - Yeni qayda ilə bağlı sürücülərə xəbərdarlıq

"Yeni qaydaya əsasən, etibarnamə varsa, etibarnamə verilmiş sürücülər arasında bonus-malus əmsalı ən aşağı olan şəxsin göstəricisi əsas götürüləcək. Məlumdur ki, biz başqalarına etibarnamə verməyi çox sevirik. Ailə üzvlərinə, yaxın dosta, qardaşa və ya başqa birinə müəyyən müddət avtomobili idarə etməsi üçün etibarnamə veririk. Əgər mən il ərzində heç bir qəza hadisəsi törətməmişəmsə, amma üç nəfərə etibarnamə vermişəmsə və onlardan hər hansı biri qəza törədibsə, növbəti ildə icbari sığorta haqqı hesablanarkən sistem bütün etibarnamələri araşdıracaq. Hansı etibarnamə sahibi üzrə hadisə qeydə alınıbsa və ya bonus-malus əmsalı daha aşağıdırsa, həmin əmsal mənə tətbiq olunacaq".

Bu barədə  açqıalamsında sığorta üzrə ekspert Şahin İsmayılov bildirdi.

Onun sözlərinə görə, belə məsələlərdə diqqət yetirilməli daha bir vacib məsələ var:

"Çünki bir çoxları buna əməl etmir və sonradan ciddi problemlərlə üzləşir. Əgər avtomobilinizi satırsınızsa, mütləq şəkildə adınıza olan icbari sığorta müqaviləsinə xitam verməlisiniz. Əks halda, həmin avtomobili idarə edən şəxs qəza törədərsə, bunun mənfi təsiri sizin bonus-malus əmsalınıza hesablanacaq. Digər geniş yayılmış səhvlərdən biri də avtomobilin etibarnamə ilə satılmasıdır. Ən doğru yol odur ki, avtomobili satarkən alıcıdan onu mütləq öz adına keçirməsini tələb edəsiniz və sizin adınıza olan icbari sığorta müqaviləsi ləğv edilsin. Eyni qayda avtomobil alan şəxslərə də aiddir".

Ekspert

Müsahibimiz heç bir halda əvvəlki sahibin adına olan icbari sığorta müqaviləsi ilə avtomobili idarə etməməyi tövsiyə etdi.

"Çünki həmin şəxs başqa bir avtomobillə və ya başqa bir halda qəza törədərsə, sizin hadisəniz olmasa belə, yenə də cərimə sanksiyası ilə üzləşə bilərsiniz. Burada əsas diqqət çəkən məqam ondan ibarətdir ki, əvvəllər sürücü qəza törətdikdə onun icbari sığorta haqqı üç dəfəyə qədər arta bilirdi. Məsələn, 2200 mühərrikli avtomobil idarə edən şəxs qəza törədibsə və baza sığorta haqqı 100 manatdırsa, növbəti ildə bu məbləğ 300 manata qədər yüksələ bilərdi. Bəzi sürücülər isə bu cərimədən yayınmaq üçün avtomobili oğluna, qızına, dostuna və ya qardaşına etibarnamə verərək onların bonus-malus əmsalından istifadə edirdilər. Təbii ki, bu hallar sığorta şirkətlərinin diqqətindən yayınmır. Məhz buna görə də artıq sistem etibarnamə verilmiş şəxslər arasında kimdə cərimə və ya aşağı bonus-malus əmsalı varsa, həmin göstəricini digər şəxslərə də tətbiq edir", - deyə Şahin İsmayılov bildirdi.

Избранный
5
2
ekologiya.az

3Источники