RU

SEPAH Fars körfəzindəki ABŞ bazalarını məhv etməklə hədələdi


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzinin cənubundakı bütün ABŞ hərbi bazalarını sıradan çıxara bilər.
Yeniavaz.com
İran KİV-ə istinadla xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat katibi İbrahim Zülfəqari bildirib.
“Yaxın gələcəkdə Fars körfəzinin cənubundakı bütün Amerika hərbi bazaları sıradan çıxarılacaq”, - deyə o qeyd edib.
Bu bəyanat bazar günü Birləşmiş Ərəb Əmirliklərinə dron hücumundan sonra verilib. Dronlardan biri Al-Dafra bölgəsindəki Baraka Atom Elektrik Stansiyasının yaxınlığındakı elektrik generatoruna dəyib. Hücum nəticəsində yanğın baş verib.
Qeyd edək ki, mayın 15-də “The New York Times” qəzeti mənbələrə istinadla İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatların yenidən başlamasına hazırlıq gördüyünü bildirib.
Избранный
14
yeniavaz.com

1Источники