RU

Pezeşkian: Heç bir gücə boyun əyməyəcəyik!

İran prezidenti Məsud Pezaşkian heç bir gücə boyun əyməyəcəklərini və ölkənin şərəfini öz rahatlıqları və ya dünyəvi maraqları naminə qurban verməyəcəklərini bildirib.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian hökumət üzvlərinin də qatıldığı paytaxt Tehranda keçirilən görüşdə son hadisələr və ölkənin vəziyyəti ilə bağlı qiymətləndirmələr aparıb.

Pezeşkian bildirib ki, İranın düşmənləri ölkəni raketlər, bombalar və təyyarələrlə "ram edə" bilməzlər, lakin bu silahlara ehtiyac olmadan xaos yaratmaqla və birliyi pozmaqla cəmiyyəti parçalaya bilərlər.

Pezeşkyan bildirib ki, "Biz təslim olmayacağıq. Mən heç bir gücə boyun əyməyəcəyəm. Rahatlığımız və dünyəvi maraqlarımız naminə ölkənin şərəfini qurban verməyəcəyik, amma ölkəni müdrikliklə idarə etməliyik".

Aytən Yaşar/ Turkustan.az

Избранный
35
turkustan.az

1Источники