RU

Hansı itlər uşaqlarla yola getmir? 12 cins açıqlandı

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mütəxəssislər bildirir ki, hər it cinsinin özünəməxsus xarakter xüsusiyyətləri var və ev heyvanı seçərkən ailənin həyat tərzi nəzərə alınmalıdır. “Demokrat.az xəbər verir ki, "The Scotsman" nəşri uşaqlı ailələr üçün uyğun hesab edilməyən 12 it cinsinin siyahısını təqdim edib.Veymaranerİri ov iti olan veymaraner bəzən öz gücünü düzgün qiymətləndirmir və kobud oyunları sevir. Bu isə kiçik uşaqlar üçün təhlükəli ola bilər.Çau-çauBöyük və yumşaq görünsə də, çau-çau uşaqların səs-küyü və qaçışından əsəbiləşə, aqressiv reaksiya verə bilər.TaksaTaksa cinsi gözə zərərsiz görünsə də, davranışları bəzən gözlənilməz olur. Onların uşaqlara qarşı səbirsiz davrana və hətta dişləyə biləcəyi qeyd olunur.Avstraliya çoban itiƏvvəllər qoyun otarmaq üçün yetişdirilən bu cins heyvanların ayaqlarını çimdikləmə davranışı ilə seçilib. Kiçik uşaqların ətrafında da oxşar hərəkətlər edə bilər.PekinesPekines uşaqların kobud davranışına və oyunu pozmasına qarşı həssasdır.AkitaAiləni qoruma instinkti güclü olan akitalar itələnməkdən və qıcıqlandırılmaqdan xoşlanmır. Hətta yeni doğulan körpəni təhlükə kimi qəbul edə bilər.QreyhaundBu cins sakitliyi sevir. Uşaqların davamlı səs-küyü və aktivliyi itdə stress yarada bilər.Şi-tsuZərif quruluşa malik olan şi-tsular diqqətli münasibət tələb edir. Uşaqlar təsadüfən onlara xəsarət yetirə bilər.ÇihuahuaKiçik ölçüsünə baxmayaraq, şəxsi məkanına müdaxilə olunduqda aqressiv reaksiya göstərə bilər. Ani hərəkətləri isə azyaşlı uşaqlar üçün problem yarada bilər.Alyaska malamutuAktiv həyat tərzini sevənlər üçün uyğun olsa da, malamutlar tez darıxır və kobud oyunlara meyilli olur. Bundan başqa, yeməyinə qarşı qısqanclıq göstərə bilər.ŞarpeyMüstəqil xarakterə malik olan şarpey şəxsi sərhədlərinə hörmət edilməsini istəyir. Uşaqlar bunu nəzərə almadıqda aqressiv ola bilər.Sibir haskisiHaskilər enerjili və sərt oyunları sevən itlərdir. Uşaqlarla nəzarətsiz qalanda bu davranış problem yarada bilər.Ekspertlər vurğulayır ki, hər bir itin davranışı təkcə cinsdən deyil, tərbiyə, sosiallaşma və yetişdirilmə şəraitindən də asılıdır.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
1
demokrat.az

2Источники